Qaimə yazıldı, amma iş bitmədi: müştəri təhvil-təslim aktı, hesab-faktura, bəzən də qiymət razılaşması istəyir. Mühasib qaimədəki məlumatları Word-ə bir-bir köçürür: şirkət adı, VÖEN, mallar, məbləğlər, rəqəmlə və yazı ilə cəm. 20 qaimə üçün bu, 60–80 sənəddir.
Qaimə ilə yanaşı akt və hesab-faktura verən mühasiblər, xidmət göstərən şirkətlər və müştərisi çox olan mühasibat ofisləri üçün.
Hansı sənədlər hazırlanır?
- Hesab-faktura: bank rekvizitləri ilə, ödəniləcək məbləğ yazı ilə
- Qiymət razılaşması (protokol)
- Təhvil-təslim aktı (iş və xidmətlər üçün)
- Malların təhvil-qəbul aktı
Hamısı qaimənin öz məlumatlarından doldurulur: tərəflər, VÖEN, mallar, miqdar, qiymət, ƏDV, cəm. Heç nəyi əl ilə köçürmürsünüz.
Bir qaimə yox, bütün ay bir dəfəyə

Seçin və hazırlayın
Qaimələri tarix aralığı və ya şirkət üzrə tapırsınız, Sənədləri hazırla düyməsini basırsınız, lazım olan sənədləri və formatı seçirsiniz: Excel, PDF və ya Word. Proqram hamısını ardıcıl hazırlayıb qovluğa yazır.
- 1Qaimələri tapın
Gələn və ya göndərilən qaimələri tarix, şirkət adı və ya VÖEN üzrə seçin. Və ya e-Taxes cədvəlində lazım olanları işarələyin.
- 2Sənədləri seçin
Hesab-faktura, qiymət razılaşması, aktlar: istədiyiniz qədər.
- 3Nömrələri yoxlayın
Hər sənəd növünün öz nömrə şablonu var, proqram nömrələri özü verir.
- 4Hazırla
Fayllar şirkət və sənəd növü üzrə qovluqlara yazılır, adları da qaydasındadır.

Möhür, imza və bir neçə şirkət
- Möhür və imza sənədin sonuna, mətnin uzunluğuna görə özü yerləşir
- Bir neçə şirkət profili: hər birinin öz imzası, bank hesabları, müqavilə qeydi
- Qaimədəki VÖEN-ə görə uyğun profil avtomatik seçilir
- Sənəd nömrələri üçün şablonlar: məsələn QR-2026-001 və ya qaimənin öz nömrəsi
- Ayrı-ayrı müştərilər üçün ayrıca nömrə şablonu
Şirkətinizin öz akt və ya hesab-faktura forması varsa, “Öz formam” modulu ilə həmin Excel formasını proqrama yükləyirsiniz. Proqram sahələri özü tanıyır və sənədləri sizin formanızda doldurur.
Əl ilə və proqramla: müqayisə
| Əl ilə | INNOTEX e-Qaimə ilə | |
|---|---|---|
| 20 qaimə üçün 3 sənəd | 60 sənəd, bir neçə saat | Bir neçə dəqiqə |
| Məbləğ yazı ilə | Əl ilə yazılır, səhv olur | Avtomatik |
| Möhür və imza | Çap, möhür, skan | Sənədin içində hazır |
| Fayl adları | Hər birini adlandırmaq | Şirkət, sənəd və qaimə nömrəsi ilə |
Qaimələrin özünü də arxivləmək lazımdırsa: e-qaimələri toplu PDF və Excel-ə yükləmək.
Tez-tez verilən suallar
Sənədlər hansı formatda hazırlanır?
Excel, PDF və Word. Bir dəfəyə bir neçə format seçmək olar.
Möhürü və imzanı necə əlavə edim?
Ayarlar → Sənədlər bölməsində şəkillərini bir dəfə yükləyirsiniz. Ağ fon avtomatik şəffaf olur.
Hər müştəriyə fərqli müqavilə nömrəsi yazmaq olar?
Bəli. Profildə müqavilə qeydi saxlanılır, müəyyən şirkətlər üçün ayrıca qeyd və nömrə şablonu yazmaq olar.
Göndərilən və gələn qaimələrin hər ikisi üçün işləyir?
Bəli, hər iki istiqamət üçün sənəd hazırlamaq olar.
INNOTEX e-Qaimə 3 gün pulsuz sınaqla işləyir, sınaqdan sonra da gündəlik limitlə pulsuz qalır. Əvvəlcə quraşdırmadan demoda baxa bilərsiniz.
Chrome əlavəsi · v1.4.36
💰 59 AZN
INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması
new e-taxes portalında gələn və göndərilən e-qaimələri bir kliklə Excel-ə və toplu PDF-ə yükləyən, ƏDV bəyannaməsindəki əvəzləşmə qaimələrini və gömrük bəyannamələrini Excel-ə çıxaran, qaimələr əsasında akt, qiymət razılaşması və hesab-faktura hazırlayan, Excel cədvəlindən isə e-Taxes-də qaralama qaimələr yaradan Chrome əlavəsi. 3 gün pulsuz sınayın.



