e-Qaimə

Əvəzləşdirilməmiş ƏDV: bəyannaməyə düşməyən qaimələri necə tapmaq olar

Alışlardakı ƏDV yalnız qaimə bəyannaməyə düşəndə əvəzləşir. Bir qaimə unudulsa, pul itir. Hansı gələn qaimələrin heç bir ƏDV bəyannaməsində olmadığını dəqiqələr içində tapıb Excel-ə çıxarmağın yolu.

Əvəzləşdirilməmiş ƏDV qaimələrinin tapılması

Alış qaiməsindəki ƏDV-ni yalnız həmin qaimə ƏDV bəyannaməsinin əlavəsinə düşəndə əvəzləşdirə bilirsiniz. Qaimə gec təsdiqlənib, ay qarışıb və ya sadəcə unudulub: nəticədə ödədiyiniz ƏDV əvəzləşmir və şirkət artıq vergi ödəyir.

Niyə vacibdir?

Bir rübdə 10–20 unudulmuş qaimə yüzlərlə, bəzən minlərlə manat ƏDV deməkdir. Bunu bəyannamələri əl ilə bir-bir yoxlayaraq tapmaq günlər aparır.

Əl ilə yoxlamaq niyə çətindir?

  • Hər ayın bəyannaməsində “Əvəzləşmə üçün elektron qaimələr” cədvəli ayrıcadır
  • Qaimə sonrakı aylardan birinin bəyannaməsinə də düşə bilər
  • Gələn qaimələr yüzlərlə olur, bəyannamə sətirləri də
  • Ləğv edilmiş və ƏDV-siz qaimələr siyahını qarışdırır

Proqram bunu necə edir?

INNOTEX e-Qaimə seçdiyiniz dövrdəki bütün gələn qaimələri götürür və qaimənin ayından bu günə qədər göndərilmiş ƏDV bəyannamələri ilə tutuşdurur (hər ay üçün ən son bəyannamə). Heç bir bəyannamənin əvəzləşmə cədvəlinə düşməyən qaimələr siyahıya çıxır.

ƏDV bölməsi: Əvəzləşdirilməmiş qaimələr, Gömrük bəyannamələri, Depozit çıxarışı

ƏDV bölməsində birinci seçim

İxrac → ƏDV → Əvəzləşdirilməmiş qaimələr. Dövrü seçirsiniz (məsələn Keçən rüb) və Qaimələri tap düyməsini basırsınız.

  1. 1
    ƏDV bölməsini açın

    İxrac → ƏDV → “Əvəzləşdirilməmiş qaimələr”.

  2. 2
    Dövrü seçin

    Keçən ay, keçən rüb və ya istədiyiniz tarix aralığı.

  3. 3
    Qaimələri tapın

    Proqram bəyannamələri və qaimələri özü oxuyur, gedişatı göstərir.

  4. 4
    Excel-ə çıxarın

    Qısa variant: hər qaimə bir sətir. Ətraflı variant: malları ilə birlikdə.

Keçən rübdə 19 əvəzləşdirilməmiş qaimə tapıldı
Nəticə: neçə qaimənin əvəzləşmədiyi, ƏDV-siz və ləğv olunanların sayı ayrıca

Excel faylında nə var?

Əvəzləşdirilməmiş ƏDV qaimələrinin Excel cədvəli (nümunə məlumat)
Göndərən şirkət, VÖEN, əsas məbləğ, ƏDV məbləği, seriya və nömrə, tarix, status
  • Göndərən şirkətin adı və VÖEN-i
  • Əsas məbləğ və ƏDV məbləği
  • Qaimənin seriyası, nömrəsi və tarixi
  • Qaimənin cari statusu
Siyahıya nə düşmür?

ƏDV-si olmayan qaimələr, ləğv, imtina və silinmiş qaimələr, alınmış avans və qaytarma qaimələri siyahıya salınmır, yalnız sayları yazılır. Beləliklə siyahıda yalnız həqiqətən yoxlanmalı olanlar qalır.

Sonra nə etməli?

Siyahıdakı qaimələr növbəti bəyannamədə əvəzləşdirilə bilər. Excel faylı mühasibin yoxlama siyahısı olur: hər qaiməni qeyd edir, düzəldir, sonra proqramla yenidən yoxlayır.

ƏDV depozit hesabına daxilolma və çıxışları da yoxlamaq istəyirsinizsə: ƏDV depozit hesabının çıxarışını Excel-ə almaq.

Tez-tez verilən suallar

Proqram bəyannamələri haradan götürür?

e-Taxes kabinetinizdən: sizin sessiyanızla, sizin brauzerinizdə. Ayrıca giriş lazım deyil.

Hansı bəyannamə nəzərə alınır?

Qaimənin ayından bu günə qədər hər ay üçün göndərilmiş ən son ƏDV bəyannaməsi.

Neçə vaxt çəkir?

Qaimələrin sayından asılıdır, adətən bir rüb üçün bir neçə dəqiqə.

Bir neçə şirkət üçün istifadə etmək olar?

Bəli, hansı şirkətin kabinetinə girmisinizsə, onun qaimələri yoxlanılır.

Unudulmuş ƏDV-ni tapın

INNOTEX e-Qaimə 3 gün pulsuz sınaqla işləyir, sınaqdan sonra da gündəlik limitlə pulsuz qalır. Əvvəlcə quraşdırmadan demoda baxa bilərsiniz.

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması Chrome əlavəsi · v1.4.36 💰 59 AZN

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması

new e-taxes portalında gələn və göndərilən e-qaimələri bir kliklə Excel-ə və toplu PDF-ə yükləyən, ƏDV bəyannaməsindəki əvəzləşmə qaimələrini və gömrük bəyannamələrini Excel-ə çıxaran, qaimələr əsasında akt, qiymət razılaşması və hesab-faktura hazırlayan, Excel cədvəlindən isə e-Taxes-də qaralama qaimələr yaradan Chrome əlavəsi. 3 gün pulsuz sınayın.

Google Chrome ExtensionChrome Web Store · 1 kliknew.e-taxes.gov.az
Bu məqalə faydalı oldu?
Paylaş: WhatsApp LinkedIn Facebook