IT xidmətləri və proqram təminatı həlləri — Bakı
INNOTEX MMC şirkətlər üçün xüsusi proqram təminatı hazırlayır, biznes proseslərini avtomatlaşdırır, İT infrastruktur, şəbəkə və kamera sistemləri qurur və texniki dəstək göstərir. Bir tərəfdaşla həm proqram, həm də infrastruktur məsələlərinizi həll edin.
Proqram təminatının hazırlanması
Biznesinizin iş axınına uyğun sistemlər — analizdən təhvilə və dəstəyə qədər.
Proqram Təminatı
Biznesinizin proseslərinə tam uyğunlaşdırılmış xüsusi proqram təminatının hazırlanması: analizdən yerləşdirməyə qədər tam sikl.
ƏtraflıBiznes Proqramları
CRM və ERP sistemləri, anbar proqramı və satış proqramı: biznes idarəetmə proqramı ilə əməliyyatlarınızı bir mərkəzdən idarə edin.
ƏtraflıWeb Tətbiqlər
Veb tətbiqlərin hazırlanması: B2B portal, müştəri kabineti və dashboard həlləri ilə biznesinizi brauzer üzərindən idarə edin.
ƏtraflıAvtomatlaşdırma
Biznes proseslərinin avtomatlaşdırılması: təsdiq zəncirləri, bildirişlər və elektron sənəd dövriyyəsi ilə əl işini minimuma endiririk.
ƏtraflıİT infrastruktur, şəbəkə və IT dəstək
Ofisinizin kompüter, server, şəbəkə və təhlükəsizlik sistemlərinin qurulması və texniki xidməti.
Şəbəkə Sistemləri
Firewall quraşdırılması, VLAN seqmentasiyası və VPN qurulması ilə korporativ şəbəkənizin etibarlı işləməsini təmin edirik.
ƏtraflıKamera Sistemləri
IP kamera quraşdırılması, NVR arxiv sistemləri və uzaqdan izləmə ilə obyektinizin video nəzarət sistemini quraşdırırıq.
ƏtraflıIT Dəstək Xidməti
Helpdesk, şəbəkə monitorinqi, ehtiyat nüsxələmə və planlı profilaktika ilə şirkətinizin İT infrastrukturuna davamlı texniki dəstək.
ƏtraflıTez-tez verilən suallar
INNOTEX MMC hansı IT xidmətlərini göstərir?
INNOTEX MMC şirkətlər üçün xüsusi proqram təminatı, CRM/ERP və anbar sistemləri, veb tətbiqlər, proseslərin avtomatlaşdırılması və API inteqrasiyaları hazırlayır. Bundan əlavə İT infrastruktur, şəbəkə, kamera sistemlərinin quraşdırılması və IT dəstək xidməti göstəririk.
Xidmətlərin qiyməti nədən asılıdır?
Qiymət layihənin həcmindən, funksionallığın sayından, inteqrasiyalardan və texniki dəstək şərtlərindən asılıdır. İlkin görüşdən sonra tələblərinizə uyğun yazılı qiymət təklifi hazırlayırıq.
Yalnız Bakıda xidmət göstərirsiniz?
Ofisimiz Bakıdadır. Proqram təminatı, inteqrasiya və uzaqdan dəstək xidmətlərini Azərbaycanın bütün regionlarındakı şirkətlərə göstəririk; quraşdırma işləri üçün şərtlər ayrıca razılaşdırılır.
Hazırlanan proqramın kodu kimə məxsus olur?
Müqavilədə başqa şərt nəzərdə tutulmayıbsa, sizin üçün hazırlanan sistemin mənbə kodu və verilənləri şirkətinizə təhvil verilir.
Əməkdaşlığa necə başlaya bilərik?
Əlaqə səhifəsindən sorğu göndərin, WhatsApp-a yazın və ya +994 51 737 00 71 nömrəsinə zəng edin. Ehtiyacınızı dinləyib növbəti addımları birlikdə müəyyən edirik.