INNOTEX MMC — Texnologiya və Proqram Təminatı
Biznes problemlərini fərdi proqramlaşdırma və etibarlı texnoloji infrastruktur vasitəsilə həll edən Azərbaycan şirkəti.
Biz Kimik?
INNOTEX MMC, Azərbaycanda fəaliyyət göstərən B2B texnologiya şirkətidir. Əsas fəaliyyət istiqamətimiz şirkətlərin operativ ehtiyaclarına, iş axınına və idarəetmə modelinə tam uyğun gələn fərdi proqram təminatının layihələndirilməsi və inkişaf etdirilməsidir.
Biz bazardakı hazır və şablon qutu həllərini şirkətlərə məcburi qəbul etdirmək yanaşmasına qarşıyıq. Hər bir biznes fərqlidir. Ona görə də əvvəlcə prosesi öyrənir, sonra həmin prosesin ətrafında rəqəmsal sistemi qururuq.
Bununla yanaşı, proqram təminatının fiziki cəhətdən sabit işləməsi üçün ofis və müəssisələrin İT şəbəkə infrastrukturunu və kamera təhlükəsizlik sistemlərini də yüksək peşəkarlıqla icra edirik.
Rəsmi Məlumatlar
İşimizdə Rəhbər Tutduğumuz Dəyərlər
Dürüstlük və Şəffaflıq
Mümkün olmayan vədlər vermirik. Layihənin vaxtını, risklərini və texniki reallıqlarını sifarişçiyə açıq şəkildə bildiririk.
Təmiz Kod və Arxitektura
Yalnız bu gün deyil, 3 il sonra da asanlıqla dəyişdirilə və genişləndirilə bilən modulyar proqram təminatı arxitekturası qururuq.
Məsuliyyət və Təhlükəsizlik
Müştərinin kommersiya məlumatları, biznes prosesləri və bazası tam məxfi saxlanılır və rəsmi hüquqi müqavilə ilə qorunur.
Hazır proqramlarımız
INNOTEX e-Qaimə
Chrome əlavəsi
59 AZN
INNOTEX Mail
Korporativ e-poçt
140 AZN
INNOTEX Sayt
Veb sayt · Vizit, Biznes, Pro
250 AZN-dən
INNOTEX Linko
Tədarük zənciri sistemi
1950
"AKKUR" MMC
"VENUS MM" MMC
"VUMES" MMC
"BERC EDUCATION" MMC
"MONEYUP" CONSULTING
"AMF CONSULTING" MMCNNT CONSULTING