Satınalmadan ödənişə — bütün tədarük zənciri bir sistemdə
Sorğu, tender, satınalma sifarişi (PO), anbar qəbulu, invoys və ödəniş — hər addımda kimin nəyi gözlədiyi görünür, hər təsdiq və dəyişiklik audit jurnalına yazılır.
- Öz serverinizdə və ya buludda
- Azərbaycan, İngilis, Rus dilləri
- Tam audit jurnalı

Satınalmanın hər addımı nəzarət altında
Təklifləri yan-yana müqayisə edin
Hər təchizatçı ayrıca sütundur: vahid qiymət, endirim, daşınma və gömrük xərcləri, vergi, ödəniş şərti və çatdırılma müddəti bir cədvəldə.
- Qalibi maddə-maddə seçin
- Bir maddənin miqdarını bir neçə təchizatçı arasında bölün
- Qalan miqdar üçün yeni bidding raundu açın
- Təsdiqdən sonra hər qalib üçün PO avtomatik yaranır
Hər kəs nəyi gözlədiyini bilir
PR, bidding, PO və ödəniş təsdiqləri xərc mərkəzi üzrə qurulan matrikslərlə gedir. Növbəsi çatan şəxs həm email, həm də sistemdaxili bildiriş alır.
- “Tapşırıqlarım” — bütün gözləyən təsdiqlər bir yerdə
- Email linkləri birbaşa lazım olan səhifəni açır
- Gecikmiş sifarişlər üçün gündəlik xatırlatma
- Rədd olunan sorğu düzəldilib yenidən göndərilir
PO-dan ödənişə qədər
Mal qəbulu, invoys uyğunlaşdırma və ödəniş bir zəncirdədir. Ödəniş şərtinə görə tranşlar avtomatik hesablanır.
- Avans faizinə görə ödəniş tranşları
- ƏDV-li təchizatçıda əsas məbləğ və ƏDV depoziti ayrıca tapşırıq
- Məbləğ uyğunsuzluğunda maliyyə menecerinin təsdiqi
- Bank hesablarını yalnız Maliyyə rolları görür
Anbar qalığı həmişə aktual
Mal qəbulu (GRN) anbar ehtiyatına avtomatik yazılır. Kritik həddən aşağı düşən məhsullar dərhal görünür.
- Çoxlu anbar, anbardar yalnız öz anbarında işləyir
- Kritik stok həddi və siyahısı
- Barkodla inventarizasiya, etiket çapı
- Bütün mədaxil/məxaric tarixçəsi
Kim, nə vaxt, nəyi dəyişib
İstifadəçi, təchizatçı, anbar və sistem ayarlarındakı bütün dəyişikliklər audit jurnalında qalır. Hər sorğunun da öz tarixçəsi var.
- 7 rol: Admin, Sifarişçi, Satınalma mütəxəssisi və meneceri, Anbardar, Maliyyə əməkdaşı və meneceri
- Bir istifadəçi bir neçə rol daşıya bilər
- Sifarişçi yalnız öz sorğularını görür
- Rollar həm menyuda, həm serverdə yoxlanılır
Sorğudan ödənişə: 6 addım
- 1
Satınalma sorğusu
Sifarişçi kataloqdan məhsulları seçir, xərc mərkəzini və prioriteti qeyd edir.
- 2
Təsdiq
Sorğu xərc mərkəzinin təsdiq matriksindən keçir.
- 3
Tender
Təkliflər müqayisə olunur, qalib(lər) seçilir və təsdiqlənir.
- 4
Satınalma sifarişi (PO)
Hər qalib təchizatçı üçün PO avtomatik yaranır və təsdiqlənir.
- 5
Anbar qəbulu (GRN)
Mal qismən və ya tam qəbul edilir, anbar qalığı yenilənir.
- 6
İnvoys və ödəniş
İnvoys uyğunlaşdırılır, ödəniş tranşları hazırlanır, təsdiqlənir və ödənilir.
Proqramdan görüntülər
Şəkilləri böyütmək üçün üzərinə klikləyin.
Şirkətinizə uyğun tətbiq
Linko hazır platformadır, amma hər şirkətin təsdiq strukturu, xərc mərkəzləri və anbarları fərqlidir. Ona görə qiymət fərdi hesablanır.
- 1
Demo
Sistemi sizin satınalma prosesiniz nümunəsində göstəririk.
- 2
Uyğunlaşdırma
Xərc mərkəzləri, təsdiq matriksləri, rollar, anbarlar və sorğu siyahıları qurulur.
- 3
Quraşdırma
Docker ilə şirkətinizin öz serverində və ya buludda. Statik IP olmasa belə internetdən əlçatan etmək mümkündür.
- 4
İstifadəyə başlama və dəstək
Komandanız sistemdə işləməyə başlayır, suallara və ehtiyaclara dəstək veririk.
Qiymət nədən asılıdır?
- İstifadəçi sayı
- Lazım olan modullar
- Quraşdırma variantı: öz serveriniz və ya bulud
- Fərdi uyğunlaşdırma ehtiyacı
İstifadəçilərin fikirləri
Rəylər
Hələ rəy yoxdur — ilk rəyi siz yazın.
Tez-tez verilən suallar
Sistem harada quraşdırılır?
INNOTEX Linko veb tətbiqdir. Docker ilə şirkətinizin öz serverində və ya bulud serverdə quraşdırılır, istifadəçilər brauzerdən daxil olur. Ofisdə statik IP olmasa belə sistemi domen ilə internetdən əlçatan etmək mümkündür.
Təsdiq zəncirini öz strukturumuza uyğunlaşdırmaq olarmı?
Bəli. PR, bidding və PO üçün təsdiq matriksləri xərc mərkəzi üzrə admin paneldən qurulur, koda toxunmaq lazım deyil.
Bir sifarişi bir neçə təchizatçı arasında bölmək olarmı?
Bəli. Hər maddənin miqdarı bir neçə təchizatçı arasında bölünə bilər, qalan miqdar üçün yeni bidding raundu açılır. Hər qalib təchizatçı üçün ayrıca PO yaranır.
Kim hansı məlumatı görür?
Giriş rol əsaslıdır (7 rol). Məsələn, sifarişçi yalnız öz sorğularını görür, təchizatçıların bank hesablarını yalnız maliyyə rolları görür. Bu qaydalar həm menyuda, həm də serverdə yoxlanılır.
Hansı dillərdə işləyir?
İnterfeys Azərbaycan, İngilis və Rus dillərindədir, hər istifadəçi öz dilini seçir.
Qiyməti nə qədərdir?
Qiymət istifadəçi sayı, modullar və quraşdırma variantına görə hesablanır. “Demo və qiymət təklifi al” düyməsi ilə yazın, sizə fərdi təklif hazırlayaq.