Toplu PDF və Excel
Bir kliklə
e-Taxes qaimələrini bir kliklə Excel və PDF-ə yükləyin, əvəzləşdirilməmiş ƏDV qaimələrini tapın, sənədləri avtomatik hazırlayın.
3 gün pulsuz · sonra 59 AZN / il və ya 199 AZN müddətsiz

Bizimlə əməkdaşlıq edən şirkətlər
"PSC GROUP" MMC
"AZTECH MUHƏNDİSLİK" MMC
"SENSUM AĞ ŞƏHƏR" MMC
"BAKU IMPORT TRADE" MMC
"RT KONSALTİNQ" MMC
"AMF CONSULTING" MMC
"VENUS MM" MMC
"PROFORM" MMC
"VUMES" MMC
"BERC EDUCATION" MMC
"MONEYUP" CONSULTINGGələn qaimələrdən hansının ƏDV-sini hələ bəyannamədə əvəzləşdirmədiyinizi əl ilə yoxlamağa ehtiyac yoxdur. INNOTEX e-Qaimə ƏDV bəyannamələrini gələn e-qaimələrlə tutuşdurur və əvəzləşməyənləri Excel-ə çıxarır.
Gələnlər → “ƏDV əvəzləşməsi”: “Əvəzləşdirilməmiş qaimələr” birinci və susmaya görə seçilidir.
Proqram həmin dövrün ƏDV bəyannamələrini və gələn qaimələri e-Taxes-dən özü oxuyur.
Əvəzləşməsi unudulmuş qaimələr bir cədvəldə: seriya, şirkət, tarix, ƏDV məbləği.
Ay sonu qaimə yükü
Onlarla VÖEN, bir yerdə
Gömrük bəyannamələri, əvəzləşməyən qaimələr
Bir kliklə
Bəyannamədən Excel-ə. Əvəzləşməyən qaimələri də tapır.
Akt, faktura, razılaşma
Ayrıca profillər
Excel-dən e-Taxes-ə
INNOTEX eQaimə proqramı işlərimi rahatlaşdırdı. Artıq saatlarla vaxt xərcləyib qaimələri tək-tək yükləyib analiz etmirəm. Birbaşa gələn elektron qaimələrin hamısını excel faylına ixrac edə bilirəm. Təşəkkür edirəm!
=N2+O2+P2+Q2| A | B | C | D | E | F | G | H | I | J | K | L | M | N | O | P | Q | R | S | T | U | V | W | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | № | Qaimənin növü | Qaimənin statusu | Göndərən şirkətin adı | Göndərən VÖEN | Alan şirkətin adı | Alan VÖEN | Malın / xidmətin adı | Mal kodu | Mal/Xidmət | Miqdar | Ölçü vahidi | Vahid qiymət | Əsas məbləğ | ƏDV məbləği | Yol vergisi | Aksiz vergisi | Ümumi məbləğ | Əsas qeyd | Əlavə qeyd | Qaimənin seriya nömrəsi | Əsas qaimə nömrəsi | Tarix |
| 2 | 1 | Gələn | Təsdiqlənib | NÜMUNƏ OFİS TƏCHİZAT MMC | 1400000005 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | A4 ofis kağızı (500 vərəq) | 4802560000 | Mal | 40 | bağlama | 9.50 | 380.00 | 68.40 | 0.00 | 0.00 | 448.40 | Müqavilə № 12/2026, 10.01.2026 | MT2609-00712 | 02.09.2026 | ||
| 3 | 2 | Gələn | Təsdiqlənib | NÜMUNƏ OFİS TƏCHİZAT MMC | 1400000005 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Toner kartric (qara) | 8443990000 | Mal | 6 | ədəd | 68.00 | 408.00 | 73.44 | 0.00 | 0.00 | 481.44 | Müqavilə № 12/2026, 10.01.2026 | MT2609-00712 | 02.09.2026 | ||
| 4 | 3 | Gələn | Təsdiqlənib | NÜMUNƏ TİKİNTİ MMC | 1400000001 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Sement M400 (50 kq) | 2523290000 | Mal | 120 | kisə | 8.40 | 1 008.00 | 181.44 | 0.00 | 0.00 | 1 189.44 | Müqavilə № 7/2026, 03.02.2026 | Obyekt: Bakı, Nərimanov r. | MT2609-00718 | 04.09.2026 | |
| 5 | 4 | Gələn | Təsdiqlənib | NÜMUNƏ TİKİNTİ MMC | 1400000001 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Armatur Ø12 | 7214200000 | Mal | 2.4 | ton | 1 150.00 | 2 760.00 | 496.80 | 0.00 | 0.00 | 3 256.80 | Müqavilə № 7/2026, 03.02.2026 | Obyekt: Bakı, Nərimanov r. | MT2609-00718 | 04.09.2026 | |
| 6 | 5 | Gələn | Təsdiqlənib | NÜMUNƏ TİKİNTİ MMC | 1400000001 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Yükün daşınması | 4941000000 | Xidmət | 1 | xidmət | 180.00 | 180.00 | 32.40 | 0.00 | 0.00 | 212.40 | Müqavilə № 7/2026, 03.02.2026 | Obyekt: Bakı, Nərimanov r. | MT2609-00718 | 04.09.2026 | |
| 7 | 6 | Gələn | Təsdiqlənib | NÜMUNƏ LOGİSTİKA MMC | 1400000002 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Yükdaşıma xidməti (Bakı–Gəncə) | 4941000000 | Xidmət | 3 | reys | 420.00 | 1 260.00 | 226.80 | 0.00 | 0.00 | 1 486.80 | Müqavilə № 22/2026, 15.03.2026 | MT2609-00724 | 05.09.2026 | ||
| 8 | 7 | Gələn | Təsdiqlənib | NÜMUNƏ İT SERVİS MMC | 1400000004 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Server texniki xidməti | 6202000000 | Xidmət | 1 | ay | 850.00 | 850.00 | 153.00 | 0.00 | 0.00 | 1 003.00 | Müqavilə № 3/2026, 20.01.2026 | Sentyabr ayı üzrə | MT2609-00731 | 08.09.2026 | |
| 9 | 8 | Gələn | Təsdiqlənib | NÜMUNƏ İT SERVİS MMC | 1400000004 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Proqram təminatı lisenziyası | 5829000000 | Xidmət | 5 | ədəd | 96.00 | 480.00 | 86.40 | 0.00 | 0.00 | 566.40 | Müqavilə № 3/2026, 20.01.2026 | Sentyabr ayı üzrə | MT2609-00731 | 08.09.2026 | |
| 10 | 9 | Gələn | Təsdiqlənib | NÜMUNƏ OFİS TƏCHİZAT MMC | 1400000005 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Ofis kreslosu | 9401300000 | Mal | 4 | ədəd | 185.00 | 740.00 | 133.20 | 0.00 | 0.00 | 873.20 | Müqavilə № 12/2026, 10.01.2026 | MT2609-00739 | 10.09.2026 | ||
| 11 | 10 | Gələn | Təsdiqlənib | NÜMUNƏ OFİS TƏCHİZAT MMC | 1400000005 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Yazı masası | 9403300000 | Mal | 2 | ədəd | 240.00 | 480.00 | 86.40 | 0.00 | 0.00 | 566.40 | Müqavilə № 12/2026, 10.01.2026 | MT2609-00739 | 10.09.2026 | ||
| 12 | 11 | Gələn | Təsdiqlənib | NÜMUNƏ TİKİNTİ MMC | 1400000001 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Kafel 60×60 | 6907210000 | Mal | 85 | m² | 16.50 | 1 402.50 | 252.45 | 0.00 | 0.00 | 1 654.95 | Müqavilə № 7/2026, 03.02.2026 | MT2609-00746 | 12.09.2026 | ||
| 13 | 12 | Gələn | Təsdiqlənib | NÜMUNƏ TİKİNTİ MMC | 1400000001 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Kafel yapışqanı (25 kq) | 3214900000 | Mal | 30 | kisə | 11.00 | 330.00 | 59.40 | 0.00 | 0.00 | 389.40 | Müqavilə № 7/2026, 03.02.2026 | MT2609-00746 | 12.09.2026 | ||
| 14 | 13 | Gələn | Təsdiqlənib | NÜMUNƏ LOGİSTİKA MMC | 1400000002 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Anbar saxlama xidməti | 5210000000 | Xidmət | 1 | ay | 1 200.00 | 1 200.00 | 216.00 | 0.00 | 0.00 | 1 416.00 | Müqavilə № 22/2026, 15.03.2026 | MT2609-00753 | 15.09.2026 | ||
| 15 | 14 | Gələn | Təsdiqlənib | NÜMUNƏ LOGİSTİKA MMC | 1400000002 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Yükləmə-boşaltma | 5224000000 | Xidmət | 14 | saat | 25.00 | 350.00 | 63.00 | 0.00 | 0.00 | 413.00 | Müqavilə № 22/2026, 15.03.2026 | MT2609-00753 | 15.09.2026 | ||
| 16 | 15 | Gələn | Təsdiq gözləyir | NÜMUNƏ İT SERVİS MMC | 1400000004 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Noutbuk 15.6" | 8471300000 | Mal | 2 | ədəd | 1 390.00 | 2 780.00 | 500.40 | 0.00 | 0.00 | 3 280.40 | Müqavilə № 3/2026, 20.01.2026 | MT2609-00760 | 18.09.2026 | ||
| 17 | 16 | Gələn | Təsdiq gözləyir | NÜMUNƏ İT SERVİS MMC | 1400000004 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Kompüter siçanı | 8471607000 | Mal | 10 | ədəd | 14.00 | 140.00 | 25.20 | 0.00 | 0.00 | 165.20 | Müqavilə № 3/2026, 20.01.2026 | MT2609-00760 | 18.09.2026 | ||
| 18 | 17 | Gələn | Təsdiqlənib | NÜMUNƏ OFİS TƏCHİZAT MMC | 1400000005 | NÜMUNƏ TİCARƏT MMC | 1400000003 | Tibbi maska | 6307909800 | Mal | 500 | ədəd | 0.12 | 60.00 | 0.00 | 0.00 | 0.00 | 60.00 | Müqavilə № 12/2026, 10.01.2026 | MT2609-00768 | 22.09.2026 |
← Cədvəli sağa sürüşdürün — 23 sütunun hamısını görün →
3 gün pulsuz sınaq — ödəniş və ya kart məlumatı istənmir
INNOTEX eQaimə proqramı işlərimi rahatlaşdırdı. Artıq saatlarla vaxt xərcləyib qaimələri tək-tək yükləyib analiz etmirəm. Birbaşa gələn elektron qaimələrin hamısını excel faylına ixrac edə bilirəm. Təşəkkür edirəm!
Bəli. Əlavəni Chrome Web Store-dan quraşdırın və e-Taxes-ə şirkətinizlə daxil olub 3 günlük pulsuz sınağı başladın. Sınaq hər VÖEN üçün bir dəfə verilir. Quraşdırmadan əvvəl innotex.az/eqaime/demo ünvanında canlı demoya da baxa bilərsiniz.
Proqramın içində planı seçin. Kartla ödəsəniz, ödənişdən dərhal sonra lisenziya açarı proqramda görünür və işləyir. Şirkət adına (VÖEN ilə) almaq üçün rekvizitlərinizi göndərirsiniz — köçürmə hesaba gələndə lisenziya aktivləşir. Suallarınız üçün WhatsApp ilə yazın.
Xeyr. Qaimələr və hazırlanan fayllar yalnız sizin kompüterinizdə emal olunur və seçdiyiniz qovluğa yazılır. Lisenziya yoxlaması üçün serverə yalnız lisenziya açarı, VÖEN, şirkətin adı və kompüterin təsadüfi identifikatoru göndərilir.
Funksiyalar eynidir, fərq yalnız ödəniş və müddətdədir. Aylıq abunə 15 AZN-dir və böyük ilkin ödəniş tələb etmir. İllik abunə 59 AZN-dir, yəni aylıq planın təxminən üçdə biri qədərdir. Müddətsiz lisenziya 199 AZN-dir, bir dəfə ödənilir və müddəti yoxdur. Hər plan 1 kompüter üçündür.
new.e-taxes.gov.az-a daxil olun, Chrome-da INNOTEX e-Qaimə əlavəsini açın, gələn və ya göndərilən qaimələri, şirkəti (və ya VÖEN-i) və tarix aralığını seçin, “Qaimələri tap” düyməsinə basın, sonra “Excel” seçin. Seçilən bütün e-qaimələr bir Excel faylına yüklənir, hər mal və xidmət ayrıca sətirdə yazılır.
Qaimələri şirkət, VÖEN və tarix aralığı üzrə tapın və “PDF” düyməsinə basın. Bütün qaimələr bir-bir açılmadan seçdiyiniz qovluğa PDF kimi yüklənir və avtomatik adlandırılır: şirkət – nömrə – tarix – məbləğ.
Qaimənin növü, tipi (təqdim etmə, avans, qaytarma, təkrar satış, ixrac), statusu, seriya nömrəsi və tarixi; göndərən və alan şirkətin adı və VÖEN-i; malın/xidmətin adı, kodu, növü, miqdarı, ölçü vahidi və vahid qiyməti; əsas məbləğ, ƏDV, yol vergisi, aksiz, ümumi məbləğ, əsas və əlavə qeyd. Hər mal ayrıca sətirdə yazılır.
Gələnlər → “ƏDV əvəzləşməsi” bölməsində ayları seçin. Proqram həmin ayların ƏDV bəyannaməsində əvəzləşdirilən qaimələri tapır (bəyannamə bir neçə dəfə göndərilibsə, sonuncusu götürülür) və Excel-ə bəyannamədəki cədvəl kimi yazır: sətir kodu, VÖEN, ad, seriya, nömrə, tarix və məbləğlər. Bu qaimələrin PDF-lərini də yükləmək olar. Əvəzləşdirilməmiş qaimələri tapmaq üçün eyni bölmədə ayrıca mənbə var.
Gələnlər → “ƏDV əvəzləşməsi” bölməsində “Əvəzləşdirilməmiş qaimələr” mənbəyini seçin və tarix aralığını yazın. Proqram həmin dövrdə gələn qaimələri göndərilmiş ƏDV bəyannamələrinin əvəzləşmə cədvəli ilə tutuşdurur və heç bir bəyannaməyə düşməyənləri siyahıya çıxarır: hansı qaiməni əvəzləşdirməyi unutduğunuzu bir baxışda görürsünüz. Qismən əvəzləşdirilmiş qaimələr də siyahıdadır: Excel-də “Əvəzləşdirilib (ƏDV)” və “Qalıq ƏDV” sütunları göstərilir. ƏDV-si olmayan, ləğv, imtina edilmiş və silinmiş qaimələr siyahıya salınmır, yalnız neçə belə qaimənin sayılmadığı yazılır. Siyahını adi gələn qaimələr kimi Excel və ya PDF-ə yükləyə bilərsiniz.
Bəli. “ƏDV əvəzləşməsi” bölməsində “Mənbə” olaraq “Gömrük bəyannamələri”ni seçin: ƏDV bəyannaməsinin Əlavə 1 bölməsindəki yük gömrük bəyannamələri hər biri ayrıca sətirdə — sətir kodu, YGB nömrəsi, tarix, ƏDV-siz dəyər və ƏDV məbləği ilə — Excel-ə yazılır.
Bəli. Gələnlər → “Alış aktları” bölməsində aktları tapır, PDF-lərini yükləyir və Excel-ə çıxarırsınız.
Xeyr. Proqram şirkətin ƏDV qeydiyyatını e-Taxes-dən özü müəyyən edir və ƏDV ödəyicisi deyilsə akt, qiymət razılaşması, hesab-faktura və təhvil-qəbul aktında “ƏDV 18%” sətrini yazmır. İstəsəniz, Ayarlar → Ümumi bölməsində bunu söndürə bilərsiniz.
Səhifə yenilənsə və ya kompüter sönsə belə, növbəti dəfə “Davam et” düyməsi ilə hazır olanları yenidən yükləmədən qaldığı yerdən davam edirsiniz. Uzun ixraclarda e-Taxes sessiyası yarıda bitmir, sessiya bitəndə isə proqram bunu əvvəlcədən göstərir.
“Qaralama” bölməsində hazır Excel şablonunu (təqdim etmə, avans və ya qaytarma) seçirsiniz. Proqram faylı əvvəlcə yoxlayır, sonra e-Taxes-də qaralama qaimələr yaradır. Heç bir qaimə imzalanmır və göndərilmir — qaralamaları e-Taxes-də özünüz yoxlayıb təsdiq edirsiniz. Bu bölmə hazırda test mərhələsindədir.
Hər lisenziya 1 kompüter üçündür. Kompüterinizi dəyişsəniz, əlavənin içindəki “Bu kompüterdən çıxart” düyməsi ilə yeri boşaldıb açarı yeni kompüterdə aktivləşdirə bilərsiniz. Birdən çox kompüterdə işləmək lazımdırsa, bizə yazın.
Əlavə Chrome Web Store-dan quraşdırıldığı üçün yeni versiyalar Chrome tərəfindən avtomatik yüklənir, əlavə heç nə etmək lazım deyil.
Qaimələr new e-taxes portalından götürüldüyü üçün internet lazımdır. Lisenziya isə son yoxlamadan sonra 24 saat internetsiz də aktiv qalır.
Bunun üçün yeni “Öz formam” əlavə modulu var: Excel formanızı yükləyirsiniz və sənədlər sizin formanızda hazırlanır. Formanıza uyğun olub-olmadığını birlikdə yoxlayaq — bizə WhatsApp ilə yazın.
Bəli. innotex.az/eqaime/demo ünvanında canlı demo var: proqram nümunə qaimələrlə işləyir, Excel, PDF və sənədlər hazırlayır. Heç nə quraşdırmaq və e-Taxes-ə daxil olmaq lazım deyil.
Yüklənir...
Müqavilə və hesab-fakturanı hazırlayıb sizinlə əlaqə saxlayacağıq. Ödəniş hesabımıza gələndə lisenziya açarı sifarişin səhifəsində görünəcək. Sualınız varsa yazın: