e-Qaimə

ƏDV depozit hesabının çıxarışını Excel-ə necə almaq olar

ƏDV depozit hesabına daxilolmaları və ödənişləri portalda səhifə-səhifə izləmək yorucudur. Mədaxil və məxarici, qalığı ilə birlikdə bir Excel faylına çıxarmağın yolu.

ƏDV depozit hesabı çıxarışının Excel-ə alınması

ƏDV depozit hesabında hər gün hərəkət olur: alıcılar ƏDV-ni köçürür, siz satıcılara ödəyirsiniz, büdcəyə köçürmə gedir. Ay sonunda bu hərəkətləri yoxlamaq, kimin nə qədər ödədiyini görmək üçün portalda səhifə-səhifə gəzmək lazım gəlir.

Proqram nə edir?

INNOTEX e-Qaimə-də İxrac → ƏDV → Depozit çıxarışı seçirsiniz, dövrü yazırsınız və proqram depozit hesabının bütün hərəkətlərini e-Taxes-dən səhifə-səhifə özü oxuyur. Sonda nəticə kartında hərəkətlərin sayı, mədaxil, məxaric və hesabın qalığı görünür.

ƏDV bölməsi: Depozit çıxarışı və Depozitlə üzləşdirmə

ƏDV bölməsində

Depozit çıxarışı ƏDV bölməsinin mənbələrindən biridir. Tarix aralığını seçin və axtarışı başladın: gedişat ekranda görünür, istəsəniz dayandıra bilərsiniz.

  1. 1
    ƏDV bölməsini açın

    İxrac → ƏDV → Depozit çıxarışı.

  2. 2
    Dövrü seçin

    Bu ay, keçən ay, keçən rüb və ya istənilən tarix aralığı.

  3. 3
    Axtarın

    Proqram bütün səhifələri ardıcıl oxuyur.

  4. 4
    Excel-ə çıxarın

    Mədaxil və ya məxaric ayrıca fayl kimi, cəm sətri ilə.

Excel faylı

  • Mədaxil (daxilolmalar) və məxaric (ödənişlər) ayrıca faylda
  • Hər hərəkətin tarixi, qarşı tərəfi, məbləği və təyinatı
  • Sonda Cəmi sətri
  • Faylın adında şirkət və dövr: arxivdə tapmaq asandır
Depozit ödənişlərini qaimələrlə üzləşdirmək

Depozitdən etdiyiniz ödənişlərin hansı qaimələrə aid olduğunu və bəyannamədə əks olunub-olunmadığını yoxlamaq üçün ayrıca Depozitlə üzləşdirmə modulu da var. Bu barədə ətraflı məlumat üçün bizə yazın.

Bəyannaməyə düşməyən alış qaimələrini tapmaq üçün: əvəzləşdirilməmiş ƏDV qaimələri.

Tez-tez verilən suallar

Hesabın qalığını da göstərir?

Bəli, nəticə kartında depozit hesabının qalığı görünür.

Uzun dövr üçün işləyir?

Bəli. Proqram səhifələri ardıcıl istəyir, gedişatı göstərir; uzun dövr sadəcə bir az çox vaxt aparır.

Fayl harada saxlanılır?

Seçdiyiniz qovluqda, günün qovluğunda, şirkət və dövrün adı ilə.

İşi proqrama tapşırın

INNOTEX e-Qaimə 3 gün pulsuz sınaqla işləyir, sınaqdan sonra da gündəlik limitlə pulsuz qalır. Əvvəlcə quraşdırmadan demoda baxa bilərsiniz.

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması Chrome əlavəsi · v1.4.36 💰 59 AZN

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması

new e-taxes portalında gələn və göndərilən e-qaimələri bir kliklə Excel-ə və toplu PDF-ə yükləyən, ƏDV bəyannaməsindəki əvəzləşmə qaimələrini və gömrük bəyannamələrini Excel-ə çıxaran, qaimələr əsasında akt, qiymət razılaşması və hesab-faktura hazırlayan, Excel cədvəlindən isə e-Taxes-də qaralama qaimələr yaradan Chrome əlavəsi. 3 gün pulsuz sınayın.

Google Chrome ExtensionChrome Web Store · 1 kliknew.e-taxes.gov.az
Bu məqalə faydalı oldu?
Paylaş: WhatsApp LinkedIn Facebook