e-Qaimə

e-Qaimələri Excel cədvəlinə necə çıxarmaq olar: hər mal bir sətirdə

Satış və alış hesabatı, rəhbərliyə hesabat, 1C-yə köçürmə: hamısı üçün qaimələr Excel-də lazımdır. Yüzlərlə qaiməni malları ilə birlikdə bir cədvələ çıxarmağın yolu.

e-qaimələrin Excel cədvəlinə çıxarılması

Satışları müştərilər üzrə saymaq, alışları təchizatçılar üzrə yoxlamaq, rəhbərliyə aylıq hesabat vermək, məlumatı 1C-yə köçürmək: hamısı qaimələrin Excel-də olmasını tələb edir. Portaldan isə hər qaiməni bir-bir açıb köçürmək lazım gəlir.

Bir düymə ilə bütün dövr

Keçən rübdə 84 qaimə tapıldı: Excel və ya PDF

Tapın və Excel-ə çıxarın

Gələnlər və ya Göndərilənlər seçin, dövrü (məsələn Keçən rüb) və şirkəti və ya Bütün şirkətlər-i seçin, Qaimələri tap basın. Sonra Excel düyməsi bütün qaimələri bir fayla yazır.

Gələn qaimələrin Excel cədvəli (nümunə məlumat)
Excel cədvəli: qaimənin növü, tipi, statusu, göndərən və alan şirkət, VÖEN-lər, mallar

Cədvəldə nə var?

  • Qaimənin növü, tipi və statusu
  • Göndərən və alan şirkətin adı və VÖEN-i
  • Seriya, nömrə (ayrı sütunlarda), tarix, əsas qaimə nömrəsi
  • Hər mal ayrıca sətirdə: ad, kod, ölçü vahidi, miqdar, qiymət, məbləğ
  • ƏDV, aksiz və yekun məbləğ

İki format

FormatKimin üçün
AdiHesabat, süzgəc və pivot cədvəl üçün: başlıq birinci sətirdə
CədvəlSütun nömrələri, GTİN (barkod), ƏDV-yə cəlb edilən, 0% və azad məbləğlər ayrı sütunlarda
1C və başqa proqramlar üçün

Mühasibat proqramınız müəyyən sütun sırası istəyirsə, Modullar bölməsindən hazır Excel modulu seçə və ya öz formatınızı sifariş edə bilərsiniz. Modulu öz qaimənizlə əvvəlcə önizləyirsiniz.

Böyük həcmlərdə

Minlərlə qaimədə də işləyir. Proses yarımçıq qalsa, “Uğursuzları yenidən yoxla” yalnız alınmayan qaimələri yenidən oxuyur və eyni fayla sırası ilə yazır.

Qaimələrin PDF-ləri də lazımdırsa: e-qaimələri toplu PDF və Excel-ə yükləmək.

Tez-tez verilən suallar

Bir şirkət və ya bütün şirkətlər üzrə çıxarmaq olar?

Hər ikisi: şirkət adı və ya VÖEN yazın, ya da “Bütün şirkətlər”-i seçin.

Faylın adı necə olur?

“Gələn qaimələr - Şirkət - dövr - saat.xlsx” kimi, günün qovluğunda.

Mallar ayrıca sətirdə olur?

Bəli, hər mal bir sətir: qaimənin məlumatları hər sətirdə təkrarlanır, süzgəclə işləmək rahatdır.

İşi proqrama tapşırın

INNOTEX e-Qaimə 3 gün pulsuz sınaqla işləyir, sınaqdan sonra da gündəlik limitlə pulsuz qalır. Əvvəlcə quraşdırmadan demoda baxa bilərsiniz.

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması Chrome əlavəsi · v1.4.36 💰 59 AZN

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması

new e-taxes portalında gələn və göndərilən e-qaimələri bir kliklə Excel-ə və toplu PDF-ə yükləyən, ƏDV bəyannaməsindəki əvəzləşmə qaimələrini və gömrük bəyannamələrini Excel-ə çıxaran, qaimələr əsasında akt, qiymət razılaşması və hesab-faktura hazırlayan, Excel cədvəlindən isə e-Taxes-də qaralama qaimələr yaradan Chrome əlavəsi. 3 gün pulsuz sınayın.

Google Chrome ExtensionChrome Web Store · 1 kliknew.e-taxes.gov.az
Bu məqalə faydalı oldu?
Paylaş: WhatsApp LinkedIn Facebook