Kiçik və orta şirkətlərdə anbar çox vaxt Excel-də aparılır: mal gəlir, mühasib qaiməyə baxıb cədvələ yazır, mal satılır, yenə yazır. Bir qaimə unudulanda qalıq yanlış olur və bunu yalnız sayım zamanı bilirsiniz. Halbuki bütün hərəkətlər artıq e-Taxes-dədir: qaimələrdə.
Alış-satışını e-qaimə ilə aparan ticarət şirkətləri, mağazalar, distributorlar və onların mühasibləri: ayrıca böyük anbar proqramı almadan qalığı bilmək istəyənlər.
İdeya sadədir
INNOTEX Anbar e-Taxes-dəki təsdiqlənmiş qaimələri oxuyur və hər malın qalığını özü hesablayır. Siz yalnız Hamısını uyğunlaşdır düyməsini basırsınız.
Başlanğıc: ilkin sazlama

Mal siyahısı da qaimələrdən
Seçdiyiniz tarixdən bu günə qədər gələn və göndərilən qaimələrdən mal adı, kodu və ölçü vahidi yüklənir. Malları əl ilə yazmağa ehtiyac yoxdur. Qalığı ya indidən sıfırdan başlayırsınız (faktiki sayı sonra Excel-lə yazırsınız), ya da başlanğıc tarixindən qaimələrlə hesablayırsınız.
Sinxronizasiya

- Gələn və göndərilən qaimələr ayrı kartlardır, ikisini birlikdə də uyğunlaşdırmaq olar
- Yalnız təsdiqlənmiş qaimələr sayılır, təsdiq gözləyənlər növbəti dəfə yoxlanılır
- Eyni qaimə iki dəfə sayılmır
- Avans qaimələri keçilir, xidmətləri saymamaq ayarlanır
- e-Taxes sessiyası yalnız əməliyyat vaxtı açılır
Ləğv və düzəlişlər
Artıq hesablanmış qaimə sonradan ləğv olunsa və ya düzəliş qaiməsi gəlsə, proqram qalığı özbaşına dəyişmir: belə qaimələr Diqqət siyahısına düşür və qərarı siz verirsiniz. Beləliklə anbarda “görünməz” dəyişiklik olmur.
Eyni mal, fərqli adlar
Bir təchizatçı “Şəkər tozu 1 kq”, başqası “Şəkər 1kq” yazır. Birləşdir ilə ikisini bir mala bağlayırsınız, istəsəniz əmsalla: məsələn 1 qutu = 12 ədəd. Sonrakı qaimələr avtomatik düzgün mala düşür. Səhv birləşdirmə Ayır ilə geri qaytarılır.

Mal bitmədən xəbər tutmaq üçün: kritik stok xəbərdarlığı. Faktiki sayımı yazmaq üçün: inventarizasiya və Excel.
Tez-tez verilən suallar
Məlumatlar harada saxlanılır?
Yalnız sizin kompüterinizdə, brauzerin içində. Bizim serverə anbar məlumatı göndərilmir.
e-Taxes-ə necə qoşulur?
Asan İmza ilə və ya açıq e-Taxes tabının sessiyası ilə. Sessiya yalnız sinxronizasiya vaxtı işləyir.
Qaiməsiz hərəkət (məsələn, silinmə) yazmaq olar?
Bəli, əl ilə mədaxil və məxaric var, hərəkətlər jurnalında ayrıca görünür.
Excel-ə çıxarmaq olar?
Bəli, qalıqları və hərəkətləri.
INNOTEX Anbar 7 gün pulsuz sınaqla işləyir. Yazın, quraşdırmağa və ilk sazlamaya kömək edək.
Anbar qalığı · e-qaimələrdən avtomatik
💰 149 AZN
INNOTEX Anbar – e-Qaimələrdən Avtomatik Anbar Qalığı
Anbar qalığını Excel-də əl ilə yazmayın: gələn qaimə malı artırır, göndərilən azaldır. Kritik stok xəbərdarlığı, barkod və etiket çapı, inventarizasiya, hər VÖEN üçün ayrıca anbar. Məlumatlar yalnız sizin kompüterinizdədir.



