Anbar

Kritik stok: mal bitmədən necə xəbər tutmaq olar

Mal rəfdə bitəndə satış da dayanır. Hər mal üçün minimum qalıq həddi qoyub, həddə çatan malları açılış səhifəsində görmək və mənfi qalığı vaxtında tutmaq.

Kritik stok xəbərdarlığı: minimum qalıq həddi

Ən çox satılan malın bitdiyini çox vaxt müştəri soruşanda bilirsiniz. Sifariş gec verilir, mal bir neçə gün rəfdə olmur, satış itir. Səbəb sadədir: qalığa hər gün baxmaq vaxt aparır.

Açılış səhifəsində hər şey

İcmal: cəmi mal, kritik stok, mənfi qalıq, qalığı daxil edilməyib
İcmal: proqramı açan kimi neçə malın həddə çatdığı görünür

INNOTEX Anbar açılanda İcmal səhifəsi göstərilir: cəmi mal, kritik stokda olan mallar, mənfi qalıq və qalığı hələ daxil edilməmiş mallar. Kritik siyahıda hər malın qalığı, həddi və son hərəkət tarixi görünür.

Hədd necə qoyulur?

  • Şablon hədd: bütün mallar üçün bir rəqəm, məsələn 5 (hər profilin öz şablonu)
  • Malın öz həddi: tez satılan mal üçün 24, ağır mal üçün 2
  • 0 yazsanız həmin mal üçün xəbərdarlıq olmur
Malı redaktə et: kritik hədd sahəsi
Malın öz həddi: redaktə pəncərəsində bir rəqəm

Yalançı xəbərdarlıq yoxdur

Qalığı təsdiqlənməmiş mallar

Proqram yalnız qalığı təsdiqlənmiş mallar üçün xəbərdarlıq edir: Excel-dən sayı yazılmış, faktiki sayılmış və ya əl ilə əlavə edilmiş mallar. Qaimədən yeni yüklənmiş, hələ sayılmamış mallar “0” göstərsə də siyahını doldurmur.

Mənfi qalıq: xəbərdarlıq işarəsi

Satılan mal anbarda olduğundan çoxdursa, qalıq mənfiyə düşür. Bu, ya sayımda səhv, ya da qaiməsi daxil edilməmiş alış deməkdir. Mənfi qalıqlar ayrıca kartda görünür ki, vaxtında yoxlansın.

Qalıqlar: kritik süzgəci
Qalıqlar səhifəsində “Kritik” süzgəci

Qalıqların özü e-qaimələrdən yenilənir: e-qaimələrdən anbar qalığı.

Tez-tez verilən suallar

Xəbərdarlıq e-poçta və ya telefona gəlir?

Xeyr, kritik siyahı proqramın İcmal səhifəsində və menyudakı nişanda görünür.

Hədd Excel-dən yazıla bilər?

Bəli, Excel faylında “Kritik hədd” sütunu var. Boş xana şablon həddi deməkdir.

Bütün malları bir dəfəyə sayılmış qəbul etmək olar?

Bəli, Ayarlar → Kritik stok → “Hamısını sayılmış qəbul et”.

Mal bitmədən sifariş verin

INNOTEX Anbar 7 gün pulsuz sınaqla işləyir. Yazın, quraşdırmağa və ilk sazlamaya kömək edək.

INNOTEX Anbar – e-Qaimələrdən Avtomatik Anbar Qalığı Anbar qalığı · e-qaimələrdən avtomatik 💰 149 AZN

INNOTEX Anbar – e-Qaimələrdən Avtomatik Anbar Qalığı

Anbar qalığını Excel-də əl ilə yazmayın: gələn qaimə malı artırır, göndərilən azaldır. Kritik stok xəbərdarlığı, barkod və etiket çapı, inventarizasiya, hər VÖEN üçün ayrıca anbar. Məlumatlar yalnız sizin kompüterinizdədir.

e-Taxes qaimələriGoogle Chrome7 gün pulsuz
Bu məqalə faydalı oldu?
Paylaş: WhatsApp LinkedIn Facebook