Bir sahibkarın iki-üç şirkəti olur, mühasibat ofisi isə onlarla müştəriyə xidmət edir. Hamısının qalığı bir cədvəldə aparılanda mallar qarışır, bir şirkətin satışı digərinin qalığından çıxılır.
Hər VÖEN ayrıca profil
- Hər profilin öz malları, qalıqları, hərəkətləri və ayarları var
- Hər profil ayrıca bazadır: biri digərinə təsir etmir
- Yuxarıdakı Profil (VÖEN) siyahısından bir kliklə keçirsiniz
- Kritik stok şablonu da hər profilin özünündür

Səhv şirkətin qaiməsi düşmür
Sinxronizasiya zamanı proqram e-Taxes sessiyasının VÖEN-ini profilin VÖEN-i ilə tutuşdurur. Uyğun gəlmirsə, qaimələr oxunmur: başqa şirkətin malı səhvən sizin anbara düşmür.
Qiymət
| Qiymət | |
|---|---|
| Lisenziya (1 VÖEN daxildir) | 149 AZN / il və ya 399 AZN müddətsiz |
| Hər əlavə VÖEN | 35 AZN / il |
Əlavə VÖEN ödəniş günündən bir il qüvvədədir. Müddət bitəndə həmin profilin məlumatları silinmir, yalnız sinxronizasiya dayanır; yeniləyəndə davam edir.
Necə işlədiyinə ümumi baxış: e-qaimələrdən anbar qalığı.
Tez-tez verilən suallar
Neçə profil yaratmaq olar?
Lisenziyada bir VÖEN daxildir, hər əlavə VÖEN ayrıca illik ödənişdir.
VÖEN-i dəyişmək olar?
Bəli, hər yer üçün 30 gündə bir dəfə.
Bir lisenziya neçə kompüterdə işləyir?
Bir kompüterdə.
INNOTEX Anbar 7 gün pulsuz sınaqla işləyir. Yazın, quraşdırmağa və ilk sazlamaya kömək edək.
Anbar qalığı · e-qaimələrdən avtomatik
💰 149 AZN
INNOTEX Anbar – e-Qaimələrdən Avtomatik Anbar Qalığı
Anbar qalığını Excel-də əl ilə yazmayın: gələn qaimə malı artırır, göndərilən azaldır. Kritik stok xəbərdarlığı, barkod və etiket çapı, inventarizasiya, hər VÖEN üçün ayrıca anbar. Məlumatlar yalnız sizin kompüterinizdədir.



