Anbar

Barkod necə yaradılır və etiket necə çap olunur: termal printer və A4

Barkodu olmayan mallara öz barkodunuzu yaratmaq, skanerlə axtarmaq və etiketləri termal rulon və ya A4 vərəqdə çap etmək. Ayrıca proqram almadan, anbar qalığı ilə bir yerdə.

Barkod yaratmaq və etiket çapı

Çəki ilə satılan, öz istehsalınız olan və ya barkodsuz gələn mallar kassada vaxt aparır: satıcı adı axtarır, səhv mal vurur. Həlli sadədir: mala öz barkodunuzu verirsiniz və etiketi çap edirsiniz.

Barkod yaratmaq

  • Malın öz barkodu varsa, skanerlə oxudub yazırsınız
  • Yoxdursa Yarat düyməsi EAN-13 barkod verir
  • Yaradılan barkodlar 200–299 aralığından başlayır: bu aralıq mağazadaxili istifadə üçündür, heç bir istehsalçıya verilmir
  • Yoxlama rəqəmi yoxlanılır, eyni barkod iki mala yazılmır

Etiket çapı

Barkod çapı: mallar siyahısı, önizləmə, kağız şablonu
Barkod çapı: siyahı, önizləmə və kağız ayarları bir səhifədə
  1. 1
    Malları siyahıya salın

    Adı və ya barkodu ilə axtarın, Enter basın. Skanerlə oxutsanız, mal birbaşa siyahıya düşür.

  2. 2
    Etiket sayını yazın

    Hər mal üçün neçə etiket lazımdırsa. “Qalıq qədər” düyməsi qalığa bərabər say yazır.

  3. 3
    Kağızı seçin

    Termal rulon və ya A4 vərəq, ya da öz ölçünüz.

  4. 4
    Çap edin

    Brauzerin çap pəncərəsi açılır, rulonda hər etiket ayrıca səhifədir.

KağızÖlçülər
Termal rulon58×40, 58×30, 40×30, 30×20 mm
A4 vərəq24, 40 və ya 65 etiket
Öz ölçünüzEni və hündürlüyü mm ilə
Klaviatura ilə sürətli

Axtarışda ↑↓ ilə seçib Enter basırsınız, fokus say xanasına keçir, sayı yazıb yenə Enter: axtarışa qayıdırsınız. Siçansız onlarla mal siyahıya salınır.

Barkod Excel ixracına da yazılır və Excel-dən yüklənə bilər: inventarizasiya və Excel.

Tez-tez verilən suallar

Hansı printer lazımdır?

Etiket üçün istənilən termal printer (58 mm rulon) və ya adi printer + A4 etiket vərəqi.

Hansı formatlar dəstəklənir?

Düzgün EAN-13, EAN-8 və UPC olduğu kimi çap olunur, qalanları CODE128 kimi.

Barkodla malı axtarmaq olar?

Bəli, Qalıqlar səhifəsində skanerlə oxutmaq kifayətdir.

Etiketləri bu gün çap edin

INNOTEX Anbar 7 gün pulsuz sınaqla işləyir. Yazın, quraşdırmağa və ilk sazlamaya kömək edək.

INNOTEX Anbar – e-Qaimələrdən Avtomatik Anbar Qalığı Anbar qalığı · e-qaimələrdən avtomatik 💰 149 AZN

INNOTEX Anbar – e-Qaimələrdən Avtomatik Anbar Qalığı

Anbar qalığını Excel-də əl ilə yazmayın: gələn qaimə malı artırır, göndərilən azaldır. Kritik stok xəbərdarlığı, barkod və etiket çapı, inventarizasiya, hər VÖEN üçün ayrıca anbar. Məlumatlar yalnız sizin kompüterinizdədir.

e-Taxes qaimələriGoogle Chrome7 gün pulsuz
Bu məqalə faydalı oldu?
Paylaş: WhatsApp LinkedIn Facebook