Sayım günü anbar bağlanır, malların hamısı sayılır. Amma ən çətin hissə sonradır: kağızdakı rəqəmləri sistemə köçürmək və fərqləri tapmaq. Yüz mal üçün bu, saatlarla işdir.
Excel ilə üç addım
- 1Excel-ə çıxarın
Qalıqlar → Excel-ə ixrac. Fayl mal adı, kodu, vahidi, barkodu, qalığı və kritik həddi ilə gəlir.
- 2Faktiki sayı yazın
“Qalıq” sütununa sayımın nəticəsini yazın. Sayılmayan malın xanasını boş saxlayın: ona toxunulmayacaq.
- 3Geri yükləyin
Excel-dən idxal düyməsi. Tətbiq etməzdən əvvəl önizləmə görünür.

Önizləmədə nə görürsünüz?
- Neçə malın qalığı dəyişəcək və köhnə / yeni qalıq
- Faylda olan, amma proqramda olmayan yeni mallar
- Yazılacaq kritik həddlər
- Dəyişməyəcək mallar
Faylda olmayan malların qalığı istəsəniz sıfırlanır: önizləmədə bunun üçün ayrıca qutucuq var. Susmaya görə onlara toxunulmur.
Hər düzəliş jurnalda qalır

İdxal edilmiş qalıqlar Hərəkətlər jurnalına düşür: sonra kimin, nə vaxt, hansı sayla düzəltdiyini görmək olur. Tək mal üçün Faktiki say düyməsi də var: rəfdəki malı sayıb dərhal yazırsınız.
Sayılmış mallar “qalığı təsdiqlənmiş” olur və kritik stok xəbərdarlığı onlar üçün işləməyə başlayır.
Tez-tez verilən suallar
Barkodları da Excel-dən yazmaq olar?
Bəli, “Barkod” sütununa yazılanlar mala düşür; boş xana mövcud barkodu silmir.
Excel-i başqa proqramdan gətirə bilərəm?
Bəli, sütunlar: Mal adı, Mal kodu, Vahid, Qalıq; Barkod və Kritik hədd istəyə görə.
Səhv idxal etsəm?
Düzgün faylı yenidən idxal edin: qalıq yenə faylın rəqəmi ilə əvəz olunur, hər iki hərəkət jurnalda görünür.
INNOTEX Anbar 7 gün pulsuz sınaqla işləyir. Yazın, quraşdırmağa və ilk sazlamaya kömək edək.
Anbar qalığı · e-qaimələrdən avtomatik
💰 149 AZN
INNOTEX Anbar – e-Qaimələrdən Avtomatik Anbar Qalığı
Anbar qalığını Excel-də əl ilə yazmayın: gələn qaimə malı artırır, göndərilən azaldır. Kritik stok xəbərdarlığı, barkod və etiket çapı, inventarizasiya, hər VÖEN üçün ayrıca anbar. Məlumatlar yalnız sizin kompüterinizdədir.



