e-Qaimə

Qaytarma e-qaiməsini toplu necə yazmaq olar

Malı satıcıya geri qaytarmaq üçün hər qaytarma qaiməsində mənbə qaiməni tapmaq, malı seçmək, qiyməti və vergini yoxlamaq lazımdır. Qaytarma qaimələrini Excel-dən bir dəfəyə qaralama kimi yaratmağın yolu.

Qaytarma e-qaimələrinin Excel-dən toplu yaradılması

Qüsurlu, artıq və ya səhv gələn malı satıcıya qaytaranda qaytarma qaiməsi yazırsınız. Portalda bunun üçün əvvəlcə mənbə qaiməni tapmaq, oradan malı seçmək, miqdarı yazmaq və səbəbi göstərmək lazımdır. Bir-iki qaytarma çətin deyil, amma pərakəndə şəbəkədə, distribusiyada və ya tikintidə onlarla olur.

Excel-də nə yazırsınız?

INNOTEX e-Qaimə-nin Qaralama → Qaytarma bölməsinin öz Excel şablonu var. Ora yalnız bilmədiyi şeyləri yazırsınız:

  • Satıcının VÖEN-i (mənbə qaiməni göndərən)
  • Mənbə qaimənin nömrəsi
  • Qaytarma səbəbi (səbəbin kodu)
  • Malın adı və qaytarılan miqdar

Qalanını proqram özü tapır: mal mənbə qaimənin sətrindən götürülür, qiymət, ölçü vahidi və vergilər oradan köçürülür. Beləliklə qaytarma qaiməsindəki qiymət alış qiymətindən fərqlənmir.

Qaralama bölməsində Qaytarma seçimi
Qaralama bölməsində qaimənin növü: Təqdim etmə, Qaytarma, Agent (AT)

Addım-addım

  1. 1
    Qaytarma şablonunu yükləyin

    Qaralama → Qaytarma → boş şablon.

  2. 2
    Doldurun

    Hər qaytarılan mal bir sətir: satıcının VÖEN-i, mənbə qaimə, səbəb, mal, miqdar.

  3. 3
    Faylı yükləyin

    Proqram mənbə qaimələri gələnlərdə tapır və malları uyğunlaşdırır.

  4. 4
    Qaralamaları yoxlayın

    e-Taxes-də yaranmış qaytarma qaimələrini yoxlayıb imzalayın.

Heç nə özbaşına göndərilmir

Proqram yalnız qaralama yaradır. İmzalama və göndərmə sizdədir.

Adi satış qaimələrini də eyni üsulla yazmaq olar: Excel-dən toplu e-qaimə.

Tez-tez verilən suallar

Mənbə qaimədəki malı necə tapır?

Mənbə qaimə gələnlərinizdə axtarılır, mal adına görə sətri tapılır və qiyməti, vahidi, vergiləri götürülür.

Bir qaytarmada bir neçə mal ola bilər?

Bəli, eyni qrupa aid sətirlər bir qaimədə yığılır.

Qismən qaytarma olar?

Bəli, miqdarı özünüz yazırsınız.

İşi proqrama tapşırın

INNOTEX e-Qaimə 3 gün pulsuz sınaqla işləyir, sınaqdan sonra da gündəlik limitlə pulsuz qalır. Əvvəlcə quraşdırmadan demoda baxa bilərsiniz.

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması Chrome əlavəsi · v1.4.36 💰 59 AZN

INNOTEX e-Qaimə – e-Qaimələrin Toplu Yüklənməsi, ƏDV Əvəzləşməsi və Sənəd Hazırlanması

new e-taxes portalında gələn və göndərilən e-qaimələri bir kliklə Excel-ə və toplu PDF-ə yükləyən, ƏDV bəyannaməsindəki əvəzləşmə qaimələrini və gömrük bəyannamələrini Excel-ə çıxaran, qaimələr əsasında akt, qiymət razılaşması və hesab-faktura hazırlayan, Excel cədvəlindən isə e-Taxes-də qaralama qaimələr yaradan Chrome əlavəsi. 3 gün pulsuz sınayın.

Google Chrome ExtensionChrome Web Store · 1 kliknew.e-taxes.gov.az
Bu məqalə faydalı oldu?
Paylaş: WhatsApp LinkedIn Facebook