INNOTEX Kuryer — Məxfilik Siyasəti
Son yenilənmə: 13 noyabr 2026
INNOTEX Kuryer Chrome genişlənməsi ("Genişlənmə") "INNOTEX" MMC tərəfindən hazırlanıb. Bu sənəd Genişlənmənin hansı məlumatları emal etdiyini, harada saxladığını və kimlərə göndərdiyini izah edir.
1. Kompüterinizdə saxlanılan məlumatlar
Genişlənmə yalnız new.e-taxes.gov.az saytında və istifadəçinin öz sessiyası ilə işləyir. Aşağıdakılar yalnız sizin kompüterdə (brauzerin yerli yaddaşında) saxlanılır və INNOTEX-ə və ya üçüncü tərəfə göndərilmir:
- kuryer profilləri: ad, soyad, ata adı, VÖEN, Asan İmza telefon nömrəsi, İstifadəçi ID, qaimə şablonları, dövriyyə həddi;
- yaradılan qaimələr və əməliyyat jurnalı;
- e-taxes bildirişləri, onlara yazılan cavablar və əlavə etdiyiniz müqavilə skanları;
- Genişlənmənin ayarları.
Asan İmza PIN kodları saxlanılmır. e-taxes sessiya tokeni qısa müddətli olub yalnız brauzer sessiyası yaddaşında qalır.
2. e-taxes ilə əlaqə
Genişlənmə qaimələri yaratmaq/göndərmək və bildirişlərə cavab vermək üçün yalnız sizin e-taxes hesabınızla və sizin Asan İmza təsdiqinizlə dövlət saytına sorğu göndərir. Bu məlumatlar dövlət sisteminə sizin əmrinizlə göndərilir; INNOTEX onları görmür.
3. Lisenziya yoxlaması üçün göndərilən məlumatlar
Lisenziyanı aktivləşdirmək, pulsuz sınağı başlatmaq və yoxlamaq üçün license.innotex.az serverinə bunlar göndərilir:
- lisenziya açarı (varsa);
- Genişlənmənin yaratdığı təsadüfi kompüter identifikatoru (Device ID);
- e-taxes-ə daxil olmuş şirkətin VÖEN-i və adı (pulsuz sınaq üçün);
- sınaq limitləri üçün say (neçə qaralama, qaimə, bildiriş cavabı uğurla icra olunub).
Server bundan əlavə sorğunun IP ünvanını və vaxtını qeydə alır. Qaimə, kuryer və bildiriş məzmunu göndərilmir.
Bu məlumatlar yalnız lisenziyanın etibarlılığını yoxlamaq, onu kompüterə bağlamaq, sınaq müddətini bir VÖEN üçün bir dəfə verməyi təmin etmək və sui-istifadənin qarşısını almaq üçün istifadə olunur.
4. Analitika və reklam
Genişlənmə istifadə statistikası, reklam və izləmə vasitələri işlətmir. Məlumatlar satılmır, reklam və ya kredit qiymətləndirməsi üçün istifadə edilmir.
5. Məlumatların silinməsi
Yerli məlumatları Genişlənməni brauzerdən silməklə tam silə bilərsiniz. Lisenziya serverindəki qeydlərin silinməsi üçün info@innotex.az ünvanına yazın.
6. Əlaqə
INNOTEX MMC · innotex.az · info@innotex.az · WhatsApp +994 51 737 00 71
INNOTEX Kuryer — Privacy Policy
Last updated: November 13, 2026
The INNOTEX Kuryer Chrome extension ("Extension") is developed by INNOTEX LLC. This document explains what data the Extension processes, where it is stored and who receives it.
1. Data stored on your computer
The Extension works only on new.e-taxes.gov.az, using the user's own session. The following is stored only on your computer (in the browser's local storage) and is never sent to INNOTEX or any third party:
- courier profiles: name, tax ID (VÖEN), Asan İmza phone number, User ID, invoice templates, turnover limit;
- created invoices and the operation log;
- e-taxes notices, the replies you write and contract scans you attach;
- the Extension's settings.
Asan İmza PIN codes are not stored. The e-taxes session token is short-lived and is kept only in the browser session storage.
2. Communication with e-taxes
To create and send invoices and to reply to notices, the Extension sends requests to the state website only with your own e-taxes account and your own Asan İmza approval. INNOTEX does not see this data.
3. Data sent for license verification
To activate a license, start a free trial and verify it, the following is sent to license.innotex.az:
- the license key (if any);
- a randomly generated device ID;
- for the free trial: the tax ID and name of the company you signed in with;
- counters of successfully completed trial operations (drafts, invoices, notice replies).
The server also logs the request's IP address and timestamp. No invoice, courier or notice content is sent. This data is used only to validate the license, bind it to a device, grant the trial once per tax ID and prevent misuse.
4. Analytics and advertising
The Extension uses no usage analytics, advertising or tracking tools. We do not sell or transfer user data to third parties and do not use it for advertising, profiling or creditworthiness assessment. The use of information received by this extension adheres to the Chrome Web Store User Data Policy, including the Limited Use requirements.
5. Deletion
You can delete all local data by removing the Extension from the browser. To request deletion of your license server records, write to info@innotex.az.
6. Contact
INNOTEX LLC · innotex.az · info@innotex.az · WhatsApp +994 51 737 00 71